Futbol
Saka İngiltərə Premyer Liqasının tarixinə düşdü

22.04.2023 | 11:02
Premyer Liqanın 32-ci turunun matçında "Arsenal" və "Sauthempton" heç-heçə edib (3:3).
Sports.az xəbər verir ki, "topçuların" hücumçusu Bukayo Saka görüşün 90-cı dəqiqəsində hesabı bərabərləşdirib. İngilis futbolçu üçün bu karyerasında İngiltərə çempionatında 30-cu qolu olub. Futbolçu İngiltərə Premyer Liqasında bu qol sayına çatan ən gənc (21 yaş 228 gün) oyunçu olub. Saka bu göstərici ilə Sesk Fabreqas (22 il 299 gün) və Tyerri Anrini (23 il 131 gün) geridə qoyub.
Son xəbərlər





























