FİDE iyul ayı üçün reytinq cədvəlini açıqlayıb
FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb.
Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2726) üç pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu pillədə yer alıb.
Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib.
Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Hikaru Nakamura (2802, ABŞ) ikinci Fabiano Karuana (2796, ABŞ) isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova “Top-100”ü tərk edib.
Qadın şahmatçıların siyahısında ilk üç pillədə çinli qrossmeysterlər - Yifan Hou (2632), Venjun Ju (2566) və Ley Tinqjie (2548) yer alıb.