Almaniya millisində iki ciddi itki
Almaniya millisinin müdafiəçisi Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.
Sports.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Nagelsman açıqlama verib.
O, müdafiəçinin İsveçrə ilə heç-heçə etdikləri qrup mərhələsinin 2-ci tur matçında ombasından xəsarət aldığını bildirib: "Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər".
Yeri gəlmişkən, Almaniya millisinin digər müdafiəçisi Conatan Ta da Avropa çempionatının 1/8 final görüşünü buraxacaq. Qrup mərhələsinin 3-cü turunun İsveçrə ilə görüşündə sarı vərəqə alan "Bayer"in (Leverkuzen) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.
28 yaşlı oyunçu 1-ci tur çərçivəsində keçirilən Şotlandiya ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.
AÇ-2024 iyulun 14-də başa çatacaq. Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.