AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib

AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan European Sports NGO (ENGSO) Youth təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə "Gənc nümayəndə" seçilib.

Sports.az xəbər verir ki, o, növbəti iki il ərzində proqramın "Dayanıqlı İnkişaf" (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. O, bu müddətdə Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.

ENGSO Youth "Gənc Nümayəndələr" proqramı idman sektorunda uşaq və gənclərin hüquqlarını müdafiə edən, idmanı sosial dəyişiklik vasitəsi kimi təşviq edən fəal və bilikli gəncləri bir araya gətirir.

Z.Vəlizadə bu proqram çərçivəsində beynəlxalq işçi qruplarında fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək, idman və gənclər siyasəti üzrə Avropa standartlarının tətbiqi ilə bağlı təcrübə toplayacaq, sahə üzrə beynəlxalq mentorluq və şəbəkələşmə imkanlarından yararlanacaq.

Son xəbərlər
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
“Fənərbağça” Tedeskonu istefaya göndərdi
Turun sonuncu matçı qolsuz yekunlaşdı
“Mançester Yunayted”dən növbəti qələbə
“Atalanta” uduzdu, Romada qalib müəyyənləşmədi
“Beşiktaş” xal itirdi, “Trabzonspor” uduzdu
“Sabah”ın növbəti qələbəsi - VİDEO
“Biz hər oyunu baxımlı edə bilmərik” – Dambrauskas
“Sabah”la 11 nəfərlə oynamaq belə, çətindir, nəinki 10 nəfərlə”
“Sabah”dan inamlı qələbə, Tovuzda heç-heçə
“Turan Tovuz”la “Zirə”dən heç-heçə - VİDEO
“Bəzi əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi” - Berdıyev
“Liqanı dördüncü yerdə bitirmək istəyirik” - Rəşad Sadıqov
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
DAHA ÇOX

Ən çox oxunanlar