Gündoğan Almaniya yığmasının AÇ-2024-ü tək etməsini şərh etdi

Almaniya yığmasının kapitanı, yarımmüdafiəçi İlkay Gündoğan bundestimin AÇ-2024-dən ayrılmasına münasibətini bildirib.

Sports.az bundestimin kapitanın bu barədə fikirlərini təqdim edir:

“Çox kədərlidir. Biz əlimizdən gələni etdik və uğura çox yaxın idik. Siz bizə gözəl dəstək oldunuz. Bugünkü ab-hava milli komandada gördüyüm ən yaxşı ab-hava idi.
Bu komandaya rəhbərlik etmək şərəfdir. Yarışda çox irəli gedəcəyimiz barədə nikbin idim. Erkən getməyimizə rəğmən, bu gün göstərdik ki, istənilən rəqibə tab gətirə bilərik.
Bu yarışı xüsusi edənlərə təşəkkür edirəm, davamlı dəstəyinizə görə təşəkkür edirəm. Çox sağ olun…”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar