UEFA AÇ-2024-də qeydə alınan hakim səhvini etiraf edib

UEFA AÇ-2024-də qeydə alınan hakim səhvini etiraf edib

UEFA Hakimlər Komitəsi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib.

Sports.az "Relevo"ya istinadən xəbər verir ki, 1/4 finalda Almaniya və İspaniya (1:2) yığmaları arasında baş tutan qarşılaşmanın sonlarına əlavə olunan dəqiqələrdə baş hakim Entoni Teylorun penalti təyin etməməsinin yanlış qərar olduğu bildirilib.

Belə ki, final fitinə az qalmış ispanların cərimə meydançası daxilində top Mark Kukurelyanın əlinə toxunsa da, referi 11 metrlik cərimə zərbəsi təyin etməmişdi.

Daha sonra 119-cu dəqiqədə meydan sahiblərinin qapısına yol tapan İspaniya yarımfinala vəsiqə əldə etmişdi.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 üstələyən Luis De La Fuentenin baş məşqçisi olduğu yığma AÇ-2024-ün qalibi olub.

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar