"Meydanda istəkli və mübariz komanda görəcəyimizə şübhəm yoxdur" - "Qəbələ"nin prezidenti

Bu axşam Larnakada "Omoniya" ilə çətin qaşılaşmaya çıxacaq "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov oyunöncəsi Sports.az saytına eksklüziv blits-müsahibə verib. O, güclü rəqiblə mücadilədə komandasının istəkli və mübariz olacağına şübhə etmədiyini bildirib. 

- Komandanız ilk qarşılaşmada çox yaxşı oynadı, amma şanssızlıq qələbə qazanmağa imkan vermədi. 
- İndi daha çətin matç ola bilər. Çünki, Kiprdə azərbaycanlı yoxdu və böyük ehtimalla komandamız dəstəksiz qalacaq... 

Komandanın yenidən qurulduğunu nəzərə alsaq, ilk rəsmi matçdakı oyun məni qane etdi. Təəssüf ki, ələ düşən real imkanların hamısı məntiqi sonluğa çatdıra bilmədik. Rəqib isə 3 standart vəziyyətin hər birindən istifadə etdi. Bəzən futbolda nəticə qazanmaq üçün bəxt də lazım olur... 

Avrokuboklarda hər an sürpriz yaşana bilər. Dünən İsveç çempionunu səfərdə məğlub edən Farer adaları klubu bunu bir daha sübut etdi. "Klaksvik" əvvəlki turda da "Ferentsvaroş"u səfərdə 3:0 hesabı ilə darmadağın etmişdi.

- Komandada durum necədi?
- Oyuna tam hazırıq. Futbolçular məsuliyyəti dərk edirlər. Dünənki məşqdə də nə qədər ciddi yanaşdıqlarının şahidi oldum. Amma futbol elə bir idman növüdür ki, əvvəldən proqnoz vermək çox çətin məsələdir. Hər şey meydançada həll olur. Daha yaxşı hazırlaşan, oyuna daha yaxşı köklənən komanda əksər hallarda istədiyi nəticəni əldə edə bilir. 

- Axşamkı oyundan gözləntiləriniz nədi? 
- Rəqibimiz istər təcrübə, istər büdcə, istərsə də heyət baxımından hal-hazırda bizdən üstündür. Ötən mövsüm qrup mərhələsində oynayıb, güclü olan heyətini yaxşı transferlərlə bir az da gücləndirib. 15 minə yaxın azarkeş tərəfindən dəstəklənəcəyi gözlənilir. Lakin qeyd etdiyim kimi, oyunun taleyini hər zaman bu amillər həll etmir. Bu axşam meydançada istəkli, mübariz komanda görəcəyimizə şübhəm yoxdur.

Son xəbərlər
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
“Fənərbağça” Tedeskonu istefaya göndərdi
DAHA ÇOX

Ən çox oxunanlar