"Sabahkı matça dəvət gözləyirdim" - Həm "Neftçi", həm də "Beşiktaş"da oynamış futbolçu

Bir zamanlar Türkiyə futbolunun ən istedadlı gənc futbolçularından sayılan Ali Cansun Begeçarslan həm "Beşiktaş", həm də "Neftçi"nin şərəfini qorumuş bəlkə də, yeganə futbolçudu. 

2022/23 mövsümündə 20 yaşında "qara qartallar"ın heyətində Türkiyə çempionluğunu qazanmış hücumçu ilə müsahibə üçün bundan uyğun məqam ola bilməzdi.

Sports.az tanınmış veteran futbolçu Ali Cansun ilə müsahibəni təqdim edir.

- "Neftçi" azarkeşləri üçün sizin harda olmağınız, nə iş görməyiniz maraqlıdı. Klubla əlaqələr qalırmı?
- Doğulduğum İstanbulda yaşayıram, futbol menecerliyi edirəm. Sağ olsunlar, bir dəfə "Neftçi" TV-dən aradılar, müsahibə elədilər. Onlardan başqa klub rəhbərliyindən kimsə məni tanımırdı.

- Azərbaycanda başqa dostlarınız, münasibətləriniz qalıbmı?
- Keçmiş komanda yoldaşlarım - Rəşad Sadıqov, Samir Əliyev, Rail Məlikov, Araz Abdullayev, Georgi Adamiya və Março Dafçevlə arada görüşürük. 

- "Neftçi"nin "Beşiktaş"la matçlarını izləyəcəksinizmi? 
- Mütləq izləyəcəm, İstanbuldakı oyuna da sözsüz gedəcəm. Bu arada "Neftçi" rəhbərliyindən də Bakıdakı matça dəvət gözləyirdim, açığı...

- "Neftçi" - "Beşiktaş" cütü haqda düşüncələriniz nədi?
- Mənim üçün çox mutluedici bir püşk olmadı, kaş iki komanda qruplarda qarşılaşaydı. Təəssüf ki, 1 takım ələnəcək. Asan oyunlar keçməyəcəyini düşünürəm. Özəlliklə, Bakıdakı ilk görüş ağır alınacaq. "Neftçi" gərək tərəftar dəstəyi, gərəksə də ev sahibi olma üstünlüyünü hərtərəfli istifadə etməyə çalışacaq. 

- "Beşiktaş"ın ən təhlükəli cəhəti hansıdı?
- "Qara qartallar"ın hücum gücü çox yaxşıdı. Şenol Günəşin bunda boyük rolu var. Jedson Fernades, Vinsent Abubakar və Cekson Muleka mövsümə əla başlayıblar. 

- Keçmiş klublarınızdan hansını favorit görürsünüz?
- Turun favoriti "Beşiktaş"dı. Gözəl, keyifli qarşılaşmalar izləyəcəyimizə ümid edirəm.  Azərbaycandaki bütün "Neftçi" tərəfdarlarına sizin vasitənizlə salamlarımı göndərirəm. Onları çox sevirəm. 

Anar Şabanoğlu

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar