"Çox motivasiyalıyıq" - Patrik Andrade

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade HİK-lə oyunöncəsi Sports.az saytının suallarını cavablandırıb. 
Kabo-verdili ulduz keçmiş klubu "Partizan"ın "Sabah"la Belqraddakı qarşılaşması haqda fikir bildirmək istəməyib.

- Karyeran ərzində sənin üçün ən uğurlu klub kimi "Qarabağ"ı göstərmək olar. Hər halda statistika da bunu təsdiq edir. Bunun sirri nədədi?

- Razıyam. Klub hər cür şərait yaradır ki, yalnız futbolu düşünəsən. Bu da futbolçunun səviyyəsinin artmasına, yekunda meydandakı performansa təsir edir. Bununla oynadığım digər klublarda vəziyyətin pis olduğunu demək istəmirəm. Sadəcə, burda səviyyə daha yüksəkdi. 

- "Qarabağ"a dönüşündən sonra tədricən forma yığırsan. Azarkeşlər əvvəlki Patriki nə vaxt görəcək? 

- Tez bir zamanda ən yaxşı formamı yığmaq istəyirəm. Bunun üçün hər gün çalışıram. Ümumiyyətlə, yerində saymağımı xoşlamıram. Həmişə yaxşı idman formasında olmaq istəyirəm. İndi özümü hər gün daha yaxşı hiss edirəm. Ümid edirəm verdiyiniz suala tezliklə ehtiyac duyulmaz.

- Getdiyin dövrlə müqayisə Azərbaycan klublarında yaxşılığa doğru dəyiklik hiss edirsənmi? 

- Əslində, mən gedəndə də öz klubumuzda hər şey yaxşı idi. Dönəndən sonra görürəm ki, daha da yaxşılaşıb. 
Ümumi çempionatın səviyyəsinin isə artıdığı, komandaların gücləndiyini, heyətlərinə yaxşı futbolçular cəlb etdiyini deyə bilərəm.

- "Qarabağ"ı HİK-lə, keçmiş klubun "Sabah"ı isə keçmiş klubun "Partizan"la ağır oyunlar gözləyir. Bu qarşılaşmalar haqda fikirlərin maraqlıdı.

- Daha çox öz oyunumuz barədə danışmaq istərdim. Şübhəsiz, HİK-lə mücadilə bizim üçün çox önəmlidi. İndi bütün fikrimiz bu matça yönəlib. Çox motivasiyalıyıq. Tək mən yox, bütün komanda üzvləri belədi. Yalnız mərhələ keçməyə köklənmişik. Bunun üçün əlimizdən gələni edəcəyik.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar