“Bu gün lider olduğumu deyə bilmərəm”

“Bu gün lider olduğumu deyə bilmərəm”

“Araz-Naxçıvan”ın cari mövsümdə vurduğu üç qoldan ikisinin ötürməsini verən, birinin isə müəllifi olan Miço Kuzmanoviç klubun rəsmi saytına müsahibə verib.

Sports.az sizi bosniya və herseqovinalı yarımmüdafiəçinin müsahibəsi ilə tanış edir:

- Arxada qalan üç oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?
- Son matçdakı nəticədən razı deyilik, amma keçirdiyimiz 3 rəsmi qarşılaşmaya diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq. Bizə bir qədər zaman lazımdır. Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. “Qarabağ”a qarşı mübarizəmiz də göstərdi ki, biz güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk. Deməli, düzgün yoldayıq.  

- “Qarabağ”la oyuna bir neçə dəfə toxundun. Son çempionla dueldə 1 xalı finişə yaxın əldən vermək komandaya necə təsir edib?
- Yenə deyirəm, yaxşı oynayırıq, amma bu cür mübarizədən sonra sona 3-4 dəqiqə qalmış məğlub olmaq yolverilməzdir. Hazırkı məqamda hər xal bizim üçün çox vacibdir. Ona görə də, elə məqamlar olur ki, düzgün davranmalı və qərar qəbul etməlisən.

- “Qəbələ” ilə oyunda iki məhsuldar ötürmə etdiniz, “Qarabağ”la görüşdə isə qol vurdunuz. Özünü komandanın lideri hesab edirsən?
- Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmərk, azarkeşlərimizi sevindirmək istəyirik.

- Adaptasiya dövrünü tam başa vurduğunu demək olarmı?
- Komandamızdakı digər legionerlər kimi mənim da müyyən zamana ehtiyacım var. Həm də elə etməliyik ki, oyunumuz da artan xətt üzrə getsin. Azarkeşlərimiz əmin olsunlar ki, daha da yaxşı oynayacağıq.

- “Sumqayıt”la matç haqda nə düşünürsən?
- Çətin olacaq. Açığı, rəqibin oyun dəsti-xətti haqda geniş məlumatım yoxdur. Müəyyən analizlər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı olacaq tapşırıqları verəcək. Əlbəttə, istənilən halda meydana 3 xal qazanmaq üçün çıxacağıq.

- Onlar cari mövsümdə 2 oyun keçirib, 6 xal qazanıblar.
- Çünki rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq.
 

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar