“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” - Ozobiç

“Neftçi”nin futbolçusu Filip Ozobiç Premyer Liqanın 32-ci turunun “Turan Tovuz”la oyunundan (3:0) sonra “Neftçi TV”-yə danışıb.

Sports.az xəbər verir ki, oyunda komandasının ilk qolunun müəllifi olan 33 yaşlı futbolçu matçı belə dəyərləndirib:

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Turan Tovuz”un da çətin rəqib olduğunu anlayırdıq. Ancaq yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, layiqli də qələbə qazandıq. Fanatlarımıza təşəkkür edirəm ki, oyuna gəldilər və bizə dəstək oldular. Məncə, yalnız birlikdə olaraq uğurlar qazana bilərik”.

“Neftçi” 32 oyundan sonra 50 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar