“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi

Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 33-cü turun 4 may, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Neftçi" qarşılaşması "Azersun Arena"da baş tutacaq.

Sports.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar