Millimizin üzvündən qol ötürməsi

Ukraynada Premyer Liqanın 26-cı tura yekun vurulub.

Sports.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi “Polesye” “Vorskla”nı qəbul edib. 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mustafayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 80-ci dəqiqədə komandasının qələbə qolunun ötürməsini verib.

"Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

Mustafayev bu mövsüm "Polesye"nin heyətində 18 oyunda meydana çıxıb (bütün turnirlərdə). O, bu oyunlarda 2 qol vurub, 4 qolun isə ötürməsinin müəllifi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar