Azərbaycan futbolu
Millimiz Rumıniyaya uduzdu, Bosniya və Herseqovinaya qalib gəldi
01.05.2024 | 10:30
Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib.
Sports.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk matçda dünya çempionu Rumıniyaya uduzub - 0:1.
Təmsilçimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinanı 6:0 hesabı ilə üstələyib. Bu görüşdə rəqib qapısına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov yol tapıblar.
Azərbaycan millisi bu gün Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.