“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

Premyer Liqanın 33-cü turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Sports.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 5 may tarixində, saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar