“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında 33-cü tura start veriləcək.

Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Günün digər oyunu iki əzəli rəqib - “Qarabağ”la “Neftçi” arasında keçiriləcək.

Turun qalan oyunları mayın 5-6-da keçiriləcək.

Misli Premyer Liqası
33-cü tur

4 may

“Kəpəz” - “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” - “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
“Azersun Arena”, 19:30.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar