“Neftçi”yə qarşı hamı istəkli oynayır” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. "Neftçi"yə uğurlar arzulayıram.

Elə oyunlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki, futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun "Neftçi" ilə "Qarabağ" arasında olan matçlardır. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə belə uğurlu seriya alındı.

"Neftçi"yə qarşı hamı istəkli oynayır. O ad həmişə onların üzərindədir. Hər komandanın eniş vaxtı olur. Ola bilər ki, "Neftçi"də bu günlərə düşüb. Nəinki "Neftçi"nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdur ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. "Neftçi" böyük klubdur. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq.

Toral Bayramovun ilk hissədəki oyunundan çox narazı qaldım. Amma Mateus Silvadan razı qaldım. Neçə oyundur ki, onu mərkəzdə oynadırıq. Həmin mövqedə istədiyimiz oyunu göstərir. Mateusun hər iki mövqedə eyni səviyyədə oynaması mənim üçün üstünlükdür. Son vaxtlar Mateus tam olaraq özünü bu kollektivin üzvü kimi hiss edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar