“Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm” - Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sports.az xəbər verir ki, 69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm. Rəqib komandanın son 4 oyununu izləmişik. Onların zəif nöqtələrini özümüz üçün müəyyənləşdirməyə çalışdıq. Bununla belə, onların üstün cəhətləri də var. Futbolçularımıza əsasən izah olundu ki, rəqib komanda hücuma çıxarkən necə müdafiə olunmalıyıq".

Sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar