Millimiz AÇ-nin seçmə mərhələsində növbəti matçını keçirəcək

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

Sports.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar