“Turan Tovuz”dan nəcib təşəbbüs
Premyer Liqanın 16-cı turunun “Turan Tovuz" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.
Sports.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 9 dekabr tarixində, saat 19:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
Yeri gəlmişkən, bilet satışı həyata keçirən azsaylı klublarımızdan olan Tovuz təmsilçisi tərəfindən hər oyundan əvvəl şəhərin insanların sıx olduğu müxtəlif yerlərinə oyunla bağlı afişa vurulur. Bundan öncəki afişalar adi yazılardan ibarət olsa da, "Şamaxı" ilə oyunöncəsi poster "Sabah"la oyunda ağır zədə alan Denis Marandiçinin şəkilləri bəzədilib. Artıq bilet satışına da başlayan klub şəhər və ətraf kəndlərə 100-dən artıq afişa yerləşdirib.