Azərbaycan futbolu
Sumqayıt futbolunun veteranı 75 yaşında dünyasını dəyişib
25.12.2024 | 12:45
Sumqayıt futbolunun veteranlarından biri, “Polad” (Sumqayıt) “Neftçi” komandalarında oynamış Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib.
Sports.az xəbər verir ki, bu barədə "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, məşqçi kimi “Xəzər” (Sumqayıt), “Termist” və “Göyəzən” klublarını çalışdırıb.