Premyer Liqanın dəyəri qalxdı - “Neftçi”nin heyətinin qiymətində azalma
Futbol üzrə Azərbaycan Premyer Liqasının dəyəri qalxıb.
Sports.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, çempionatda çıxış edən futbolçuların ümumi bazar qiyməti 90.08 milyon avrodan 100.30 milyon avroya (11.4 faiz qalxıb) yüksəlib.
Klublardan yalnız "Neftçi"nin heyətinin qiymətində azalma müşahidə olunur. "Ağ-qaralar"ın oyunçularının ümumi dəyəri 12.03 milyon avrodan 10.55 milyon avroya (-12.3 faiz) düşüb.
Faiz nisbətində (82.6 faiz) ən çox artım isə "Şamaxı"da qeydə alınıb. Bölgə təmsilçisinin oyunçularının ümumi dəyəri 3.03 milyon avrodan 5,53 milyon avroya qalxıb.
Premyer Liqa komandalarının futbolçulara görə bazar dəyəri:
1. "Qarabağ": 22.65 milyon avro (əvvəlki 20.33 milyon avro) - 12 faiz artıb
2. "Zirə": 12.40 milyon avro (əvvəlki 11.58 milyon avro) - 7.1 faiz artıb
3. "Sabah": 11.95 milyon avro (əvvəlki 11.75 milyon avro) - 1.7 faiz artıb
4. "Sumqayıt": 10.95 milyon avro (əvvəlki 10.68 milyon avro) - 2.6 faiz artıb
5. "Neftçi": 10.55 milyon avro (əvvəlki 12.03 milyon avro) - 12.3 faiz azalıb
6. "Araz-Naxçıvan": 7.75 milyon avro (əvvəlki 5.53 milyon avro) - 40.3 faiz artıb
7. "Turan Tovuz": 7.48 milyon avro (əvvəlki 5.60 milyon avro) - 33.5 faiz artıb
8. "Kəpəz": 6.13 milyon avro (əvvəlki 5.48 milyon avro) - 11.9 faiz artıb
9. "Şamaxı": 5.53 milyon avro (əvvəlki 3.03 milyon avro) - 82.6 faiz artıb
10. "Səbail": 4.93 milyon avro (əvvəlki 4.20 milyon avro) - 17.3 faiz artıb