“Belə oyunlarda meydanda gördüyün iş vacibdir”

“Belə oyunlarda meydanda gördüyün iş vacibdir”

Bu gün Qazaxıstan yığması ilə qarşılaşan Azərbaycan millisinin üzvü Emil Həsənzadə federasiyanın rəsmi saytına açıqlama verib.

Sports.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Əvvəlcə, bu oyunlarda bizi dəstəkləyən, hər zaman yanımızda olan, ruhdan düşməyə qoymayan insanlara təşəkkür edirəm. Aktauda bu gün ikinci oyunumuzu keçirdik. İlk qarşılaşmada nəticə ürəkaçan olmamışdı. Həmin matçda birinci hissədə yaxşı oynasaq da, sonra yorğunluq özünü göstərdi. Çünki bura oyun günü gecə saatlarında gəlmişdik. Ona qədər isə Tbilisidə iki ağır oyun keçirmişdik. Həm oyunlar, həm yol yorğunluğu, həm də gecə saatlarında gəlməyimiz təsirsiz ötüşmədi. Fiziki hazırlığımız da tam qaydasında deyildi. Buna baxmayaraq, bir gün dincəldik, zalda məşq etmək imkanımız oldu. Baş məşqçi səhvlərimzi göstərdi, daha yaxşısını necə edə biləcəyimizi dedi. Təbii ki, qarşımızda da kifayət qədər güclü və təcrübəli komanda var idi. Çalışdıq deyilənləri icra edək. Rəqibə rahat oynamağa imkanı vermədik. Düzdür, oyunların hamısında məğlub olduq, ancaq bu bizi ruhdan salmır. Əksinə, baş məşqçimizin dediyi kimi, çətin oyunlarda gücümüzü sınamalıyıq ki, səhvlərimizi görək. Belə oyunlar çox olmalıdır.

Ümumiləşdirsək, aprel toplanışı çox faydalı oldu. Dörd oyunda meydana çıxdıq, hər iki rəqibimiz güclü komandalar oldu. Yenə deyirəm, yoldaşlıq oyunlarında nəticədən çox meydanda gördüyün iş vacibdir. Ümid edirəm ki, bunun xeyrini rəsmi oyunlarda mütləq görəcəyik”.

Son xəbərlər
Günün oyunları – TV
Baş məşqçisi “Milan”ı tərk edə bilər
AÇ: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
İtalyano “Napoli”ni çalışdıra bilər
“İnter” “Sassuolo” müdafiəçisini almağa hazırlaşır
Sançoya əsas iddiaçı məlum oldu
“Bornmut” yeni baş məşqçi axtarır
“İnter” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Mançester Siti” ayrılığı rəsmən açıqladı
42 yaşında karyerasını bitirdi
“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Neftçi”yə qarşı
İspanlar mübarizəni dayandırdı, İngiltərə klubları yarımfinala çıxdı
Konfrans Liqası: “Maynts”la “Fiorentina” dayandı, “Şaxtyor” yarımfinala çıxdı
“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi
“Liverpul”da ciddi itki
Avropa çempionatının ilk günündə iki bürünc medal
“Napoli” Kasado ilə maraqlanır
“Neftçi” NTD-yə qalib gəldi
“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya
“Barselona” və “Milan” oyunçu mübadiləsi həyata keçirə bilərlər
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bilindi
Premyer Liqada 30-cu turun oyun cədvəli açıqlandı
“Barselona” PSJ-nin müdafiəçisini satın ala bilər
“Meydanda xarakter göstərdik”
“Roma”nın ulduzu “Milan”a keçməyi xəyal edir
“Barselona” Bastoninin keçidi ilə bağlı təhlil aparır
“Mingəçevir”lə “Səbail”dən qələbə
Millinin futbolçuları azarkeşlərlə görüşüblər
Levandovski “Milan”a keçməyə bilər
Yarımfinalın təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar