“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya

“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya

I Liqada çıxış edən “Cəbrayıl” klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub. Sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Sports.az xəbər verir ki, təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar