Güləş/Cüdo
AÇ: Hidayət Heydərov bu gün mübarizəyə başlayır

17.04.2026 | 11:40
Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
Sports.az xəbər verir ki, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.
O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Son xəbərlər





























