Azərbaycan futbolu
“Neftçi”dən etiraz - VİDEO

18.04.2026 | 00:30
“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşdığı “Zirə” ilə oyunun son dəqiqələrində baş verənlərə etirazını bildirib.
Sports.az xəbər verir ki, paytaxt klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edib.
“Ağ-qaralar” “Zirə”nin ofsayddan qol vurduğunu və hakimlərin həmin qolu qeydə almasına etirazlarını dilə gətiriblər.
“Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın “gözündən yayındı”. Yoxsa, elə ssenari bu imiş?” deyə paylaşılmış videonu təqdim edirik:
Son xəbərlər





























