“Zirə” – “Neftçi” oyunu ilə bağlı cəzalar açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda Premyer Liqanın 28-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Neftçi” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununun 90+6-cı dəqiqəsində “Zirə” komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zirə” komandası 2000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” komandası 3000 manat cərimə edilib. Dəymiş zərər “Zirə” komandası tərəfindən qarşılanacaq.
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi” komandası 5000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi” komandası 5000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi” komandası 3000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 4500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” komandası 5000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyununda “Sabah” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyununun 47-ci dəqiqəsində “Sabah” komandasının 6 nömrəli futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Sabah” komandası 1000 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Sabah” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” komandası 5000 manat cərimə edilib.
“Kəpəz” – “İmişli” oyununda “Kəpəz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.





























