AMADA əməkdaşları WADA-nın beynəlxalq konfransında iştirak ediblər

AMADA əməkdaşları WADA-nın beynəlxalq konfransında iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinın (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Ümumdünya Antidopinq Agentliyinin (WADA) təşkilatçılığı ilə Hindistanın paytaxtı Yeni Delhidə "Qlobal antidopinq təhqiqatı və araşdırmalar şəbəkəsi" layihəsi çərçivəsində beynəlxalq konfransda iştirak ediblər.

Sports.az xəbər verir ki, konfransa WADA-nın rəhbər heyəti ilə yanaşı, INTERPOL, EUROPOL və 70-ə yaxın milli antidopinq təşkilatının nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində dopinqlə mübarizənin artıq yalnız laborator analizlər və testlərlə məhdudlaşmadığı, bu sahədə qlobal səviyyədə təhqiqat və hüquq-mühafizə əməkdaşlığına əsaslanan kompleks yanaşmanın formalaşdığı xüsusi vurğulanıb. Bildirilib ki, müasir dövrdə dopinq problemi daha çox təşkilatlanmış transmilli şəbəkələrin fəaliyyəti ilə əlaqəlidir və buna qarşı effektiv mübarizə yalnız genişmiqyaslı beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.

Konfransda WADA ilə INTERPOL-un birgə həyata keçirdiyi "Operation Upstream" əməliyyatı barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, əməliyyat çərçivəsində 20-dən çox ölkədə yüzlərlə reyd keçirilib, onlarla qeyri-qanuni laboratoriya aşkar edilərək fəaliyyəti dayandırılıb və böyük həcmdə qadağan olunmuş maddələr müsadirə olunub. Görülən tədbirlər nəticəsində milyonlarla potensial dopinq dozasının qanunsuz dövriyyəyə daxil olmasının qarşısı alınıb.

Tədbirdə, eyni zamanda, antidopinq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin artırılması və hüquq-mühafizə orqanları ilə koordinasiyanın gücləndirilməsi əsas prioritet istiqamətlər kimi qeyd olunub. WADA bu sahədə qlobal təhqiqat və araşdırmalar şəbəkəsinin daha da inkişaf etdirilməsini və daha çox ölkənin bu prosesə cəlb olunmasını planlaşdırır.

Nəticə etibarilə, konfrans bir daha göstərib ki, dopinqlə mübarizə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məqsəd yalnız qayda pozuntularını aşkar etmək deyil, eyni zamanda dopinqin arxasında duran kriminal strukturları ifşa etmək və onların fəaliyyətini kökündən dayandırmaqdır.

Son xəbərlər
PSJ-də ciddi itki
Premyer Liqanı tərk edəcək ilk komanda bilindi
Yüksək Liqada 17-ci turun təyinatları açıqlandı
Xorvatiyada 14-cü dəfə ilin futbolçusu seçildi
AMADA əməkdaşları WADA-nın beynəlxalq konfransında iştirak ediblər
Azərbaycan yığmasında yeni məşqçi təyinatı
Premyer Liqanın 29-cu turu rəqəmlərin gözü ilə
1-ci Liqada 23-cü turun təyinatları açıqlandı
2-ci liqa komandalarının cəzası açıqlandı
“Zirə” – “Neftçi” oyunu ilə bağlı cəzalar açıqlandı
“Volfsburq” “Vest Hem”in hücumçusu ilə maraqlanır
Nəbi İsgəndərov dünya kubokuna qələbə ilə başladı
“Lokomotiv”in ulduzu “Napoli”nin maraq dairəsindədir
Azərbaycanın daha beş güləşçisi AÇ-də mübarizəyə qoşulur
Bastoni “İnter”dən ancaq bir kluba görə ayrılacaq
Günün oyunları – TV
Qasperini “Roma” rəhblərliyinə tələb irəli sürdü
Qullit İtaliya yığmasının əsas fəsadını açıqladı
“Zirə” “Turan Tovuz”a qarşı
Son oyunda heç-heçə
“Fiorentina” səfərdə xal itirdi
“Qaziantep”dən darmadağın
“Milan” “Bayer”in müdafiəçisi ilə maraqlanır
Azərbaycanın üç güləşçisi AÇ-də bürünc medal uğrunda yarışacaqlar
“Real” “Frayburq”un yarımmüdafiəçisi ilə maraqlanır
“Milan” “Puma” ilə danışıqlar aparır
“Ayaks” “Real”ın yarımmüdafiəçisi ilə maraqlanır
Levandovskinin müştəriləri artdı
“Qaradağ Lökbatan”la “Araz Saatlı”dan darmadağın
“Neftçi” bəyanat yaydı: “Hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib”
DAHA ÇOX

Ən çox oxunanlar