Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sports.az xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib. Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər. 

Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Son xəbərlər
“Konyaspor” “Fənərbağça”nı yarımfinala buraxmadı
Rəşad və İslam Avropa üçüncüsü oldular
Konate gələcəyi ilə bağlı qərar verdi
MY “Palmeyras”ın yeniyetmə ulduzuna görə ödənişə hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
“Zirə”ni finala çıxaran heç-heçə - VİDEO
Arbeloa gələcəyi ilə bağlı sualı cavabladı
“Turan Tovuz”a qarşı heç vaxt hörmətsizliyim olmayıb” - Rəşad Sadıqov
ACF dan dərəcələri üzrə seminar və imtahan keçirəcək
Xulian Alvares mümkün keçidləri arasında seçim etdi
“Finala çıxmağa layiq idik” - Yunis Hüseynov
Rüstəmov Avropa çempionatında gümüş medal qazandı
“Kəpəz”dən akademiyanın iki üzvü ilə peşəkar müqavilə
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
U-14 Liqasında pley-offun püşkü atıldı
“Zirə” finalda!
MY “Real”ın “dayaqçı”sını satın almaq istəyir
Dieqo Simeone Premyer Liqada çalışa bilər
Karrik “Mançester Yunayted”in kapitanı haqda fikrini bildirdi
Florentino Peres Rodriyə heyrandır
“Nyukasl”ın hücumçusu “Bayern”ə keçməyə açıqdır
Rosenyorun başı dərddədir
Runi “Arsenal” azarkeşlərinə tövsiyə etdi
“Çelsi” Qarnaço ilə bağlı qərar qəbul etdi
Zaqatalada həvəskarlar arasında mini futbol turniri başlayıb
Yerro “Liverpul”un ulduzunu “Real”da görmək istəyir
Xulian Alvares keçid qiyməti haqda “Barselona”nı məlumatlandırdı
Bruno Fernandes “Mançester Yunayted”in cari mövsümə məqsədini açıqladı
Avarçəkənlərimiz İtaliyada xatirə turnirində iştirak edəcəklər
Veteranlar arasında Azərbaycan çempionatı keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar