Dünya futbolu
MY “Palmeyras”ın yeniyetmə ulduzuna görə ödənişə hazırdır

21.04.2026 | 23:00
“Mançester Yunayted” “Palmeyras”ın 16 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Eduardo Konseysaonun xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, İngiltərə nəhəngi, Konseysao müqabilində Braziliya nəhənginə 40 milyon avro məbləğində ödəniş etməyə hazırdır.
Ödəniş baş tutarsa, Konseysao 18 yaşının tamam olacağı 2028-ci ildə “qırmızı şeytanlar”ın düşərgəsinə keçəcək.
Son xəbərlər





























