“Perspektivli komandamız var, daha güclü potensiala malikik”

“Perspektivli komandamız var, daha güclü potensiala malikik”

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin perspektivi var, komanda daha güclü potensiala malikdir.

Sports.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında U-17-nin baş məşqçisi Aqil Nəbiyev deyib.

O, yetirmələrinin Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turnirində çıxışını dəyərləndirib:

"Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq".

A.Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçlara toxunub:

"Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik".

U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:

"İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perspektivli komandamız var, daha güclü olacaq potensiala malikik".

Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, p. - 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Azər İlyasovdan “Prezident Kuboku”nda qızıl medal
Nikolas Cekson A Seriyasına keçə bilər
İsmayıllıda yeni idman zonası açılıb
Azərbaycan avarçəkənlərindən daha 2 medal
Kaysedo “Çelsi”ni tərk edə bilər
“Perspektivli komandamız var, daha güclü potensiala malikik”
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib
Millimiz son oyununda Pakistanı məğlub etdi
MY Uqarteni satışa çıxaracaq
Millimiz ilk yoldaşlıq matçında Belarusa uduzdu
Konfrans Liqasının yarımfinal mərhələsi başlayır
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Bakıda Avropa Kubokuna start verildi
“Benfika” baş məşqçisini “Real”a buraxmaq istəmir
Axundzadə oynadı, ABŞ kubokunda mərhələ adladı
Prezident Kuboku: Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Yüksək Liqada 18-ci turun oyunları keçiriləcək
“Ayntraxt” “Real”ın müdafiəçisi ilə maraqlanır
Şevalye PSJ-dən ayrıla bilər
Günün oyunları – TV
Fransa klubunda baş məşqçi ayrılığı
“Bayer”də yeni müqavilə
“Neftçi” “Qarabağ”a qarşı
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
DAHA ÇOX

Ən çox oxunanlar