Dünya futbolu
“Benfika” baş məşqçisini “Real”a buraxmaq istəmir

30.04.2026 | 12:00
Məlum olduğu kimi, “Real” rəhbərliyi “qaymaqlılar”ın keçmiş baş məşqçisi, hazırda “Benfika”nı çalışdıran məşhur portuqal mütəxəssis Joze Mourinyunu Madridə qaytarmaq istəyir.
Sports.az xəbər verir ki, Prortuqaliya nəhəngi, “Mour”u “Real”a buraxmaq fikrində deyil.
Vurğulanır ki, “Benfika” rəhbərliyi Mourinyunun, 2027-ci ilin yayına qədərə nəzərdə tutulmuş müqaviləsi üzrə sona qədər işləməsini və “qartallar”ı növbəti mövsüm üçün Çempionlar Liqasına yaxşı hazırlamasını tələb edir.
Son xəbərlər





























