UEFA proqramı çərçivəsində keçirilən turnirin qalibi bəlli oldu

UEFA proqramı çərçivəsində keçirilən turnirin qalibi bəlli oldu

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Sports.az xəbər verir ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.

Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatlar veriblər.

AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

Son xəbərlər
Kivu Pavarla bağlı qərar qəbul etdi
“Neftçi”nin şikayəti təmin edilmədi
“Qarabağ” “Turan Tovuz”a qarşı - YENİLƏNİR
“Barselona”nın ulduzu gələcəyi haqda düşünür
PSJ hücumçusunu satacaq
UEFA proqramı çərçivəsində keçirilən turnirin qalibi bəlli oldu
ÇL: Yarımfinalın cavab oyunları üçün hakim təyinatları açıqlandı
“Monako” rusiyalı ulduzunu satmaq niyyətində deyil
ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar
La Liqa klubu baş məşqçisi ilə vidalaşmağa qərar verdi
“Qalatasaray” Osimhenə qiymət qoydu
Azərbaycan hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
Millimiz Qazaxıstanla iki yoldaşlıq oyunu keçirəcək
“Real” Pasla bağlı qərar qəbul etdi
Azərbaycan qran-prisi üçün könüllü qeydiyyatı başladı
Avropa turnirində üç medal
“Napoli” yeni baş məşqçi tapıb
Əvəzedicilərin yarışında 25-ci turun oyun cədvəli açıqlandı
1-ci Liqada 25-ci turun təyinatları açıqlandı
“Çelsi” məşhur mütəxəssislə əlaqə saxladı
“Liverpul”dan uğursuz göstərici
Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
“Liverpul”un əsas yay transfer hədəfi
Bakıda keçiriləcək DÇ-yə qatılacaq bütün ölkələr məlum oldu
AŞF rəhbərliyi şahmatçıların valideynləri ilə görüş keçirib
MY Kazemiroya əvəz tapıb
“İnter” argentinalı yarımmüdafiəçi ilə bağlı “Real”la danışıqlara hazırlaşır
De Xeanın gələcəyi tezliklə müəyyənləşəcək
Günün oyunları – TV
“İnter” müdafiəçisi ilə bağlı sorğuları qəbul etməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar