Dünya futbolu
“Napoli” yeni baş məşqçi tapıb

04.05.2026 | 14:00
Məlum olduğu kimi, “Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte İtaliya yığmasının baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.
Sports.az xəbər verir ki, müvafiq mənzərədə Neapol klubu mümkün yeni baş məşqçi seçimi ilə bağlı müəyyənləşib.
Bildirilir ki, “eşşəkciklər”in sükanı arxasına “Atalanta”nın baş məşqçisi, italyan mütəxəssis Raffaele Palladino namizəd görülür.
Vurğulanır ki, müvafiq seçim, “Napoli”nin prezidenti Aurelio De Laurentis tərəfindən dəstəklənir.
Son xəbərlər




























