AFFA-nın liqalarında “Eyeball” platformasının istifadəsinə başlanıldı

AFFA-nın liqalarında “Eyeball” platformasının istifadəsinə başlanıldı

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb.

Sports.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

“Eyeball” platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

“Eyeball” layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.

Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.

Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə “Həftənin rəmzi komandası” hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, “Eyeball” platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar