Dünya futbolu
“Real” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır

06.05.2026 | 11:30
“Real” rəhbərliyi yayda “qaymaqlılar”ın müdafiə xəttini qüvvətləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, “Kral klubu”, “Mançester Siti”nin xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiolu yayda satın almağı düşünür.
Amma vurğulanır ki, “Real” gözləmə mövqeyi tutmağa üstünlük verəcək. Belə ki, Qvardiol aldığı zədə səbəbilə məruz qaldığı cərrahi əməliyyatdan sonra sıraya yenicə qayıdıb. “Real” Qvardiolun özünü doğruldacağına əmin olmaq istəyir.
Son xəbərlər





























