U-13 Liqasının qalibləri mükafatlandırıldı

U-13 Liqasının qalibləri mükafatlandırıldı

AFFA U-13 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Sports.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Sabah” bürünc, “Qarabağ” gümüş medalla, “Neftçi” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Ulduz” Futbol Akademiyasından Cəlal Quliyev, U-9 Liqasında “Qarabağ”dan Arda Babayev, U-13 Liqasında isə “Qarabağ”dan Yusif Əliyev feyr-pley mükafatçısı seçilib.

U-13 Liqasında mövsümün ən yaxşı qapıçısı “Qarabağ”ın qolkiperi Amid Şabanov, ən yaxşı futbolçusu isə “Neftçi”nin üzvü Adil Şabanov seçilib.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.

Son xəbərlər
Bir mövsümdə ən çox qələbə qazanma rekordunu yenilədi
Raşforddan karyerasında ilk
“Birinci olmağım o qədər də önəmli deyildi”
“Bakı–Xankəndi” velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırıldı
Millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da uduzdu
“Bakı–Xankəndi” velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
“Neftçi” İK Türkiyə klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Vüsal üçün mövsüm bitdi, Zamiq üçün çempionluq şansı
Nəriman MLS-də növbəti oyuna çıxdı
Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
“Neftçi”dən darmadağın - VİDEO
U-13 Liqasının qalibləri mükafatlandırıldı
Millimiz UEFA İnkişaf Turnirində sonuncu oyununa çıxır
“Bakı–Xankəndi” velosiped yarışının ikinci mərhələsi keçiriləcək
“Çelsi”nin müdafiəçisi “Atletiko”nun maraq dairəsindədir
Günün oyunları – TV
MY “Milan”ın müdafiəçisi ilə maraqlanır
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
DAHA ÇOX

Ən çox oxunanlar