Azərbaycan futbolu
Mövsümdə 2-ci dəfə

11.05.2026 | 12:15
Misli Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.
Sports.az xəbər verir ki, XXXI turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.
Son xəbərlər





























