Daha bir liqanın qalibləri mükafatlandırıldı

Daha bir liqanın qalibləri mükafatlandırıldı

AFFA U-14 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Sports.az xəbər verir ki, Binə stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 4:2 hesablı qələbə qazanan “Ulduz” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə üstələyən “Sabah” çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Ulduz” bürünc, “Qarabağ” gümüş medalla, “Sabah” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. Liqanın ən məhsuldar futbolçusu adına 74 qol vuran Yusif Ağayev (“Sabah”) yiyələnib. Mövsümün ən yaxşı qapıçısı “Qarabağ”ın qolkiperi Sirac Quluzadə, ən yaxşı futbolçusu isə “Sabah”ın üzvü Rəvan Rüstəmov seçilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.

Son xəbərlər
AFFA Yüksək Liqada iştirak etmək istəyən komandalara müraciət etdi
“Roma”nın ulduzu Premyer Liqaya üz tuta bilər
Avropa Liqası: Bu gün final matçı keçiriləcək
Daha bir liqanın qalibləri mükafatlandırıldı
MY “Nyukasl”ın müdafiəçisi ilə maraqlanır
Günün oyunları – TV
“Barselona” “İnter”in ulduzu ilə maraqlanır
“Borussiya”nın hücumçusu Premyer Liqaya üz tuta bilər
Qapıçısı “Mançester Yunayted”ə geri qayıdacaq
Xabi Alonso “Real”ın ulduzunu “Çelsi”də görmək istəyir
Bundesliqanın ən yaxşı gənc oyunçusu məlum oldu
“Arsenal”ın çempionluğu rəsmiləşdi!
Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəyə başlayır
Sarri gələcəyi ilə bağlı müəyyənləşdi
“Qarabağ” uzun illərdir planlı inkişaf modeli ilə idarə olunur və bu prinsip dəyişməyəcək”
Millidə yeni baş məşqçi
PSJ “Portu”nun qapıçısına göz dikib
“İnter” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
Luis Enrikenin gələcəyi ilə bağlı məlumat yayıldı
Konte “Napoli”dən ayrılacaq
“Barselona” Halandla bağlı qərar qəbul etdi
Liqa yarışının 2-ci turunun qalibləri bəlli oldu
Lautaro Martines dünyanın ən yaxşı hücumçusu ilə bağlı fikrini bildirdi
“Vətəndə çempion olmaq üçün əlimizdən gələni edəcəyik”
Alleqri “Milan”da qalmağa hazırdır
“Yuventus” “Benfika”nın müdafiəçisi ilə maraqlanır
Qvardiola “Mançester Siti”də qala bilər, amma…
Güləşçilərimiz Rusiyadan 2 medalla qayıtdılar
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
ASTF-dən Özbəkistanla Anlaşma Memorandumu
DAHA ÇOX

Ən çox oxunanlar