Dünya futbolu
“Barselona” Halandla bağlı qərar qəbul etdi

19.05.2026 | 19:30
Məlum olduğu kimi, “Barselona” “Mançester Siti”nin 25 yaşlı norveçli ulduzu, mərkəz hücumçusu Erlinq Halandın xidmətində çoxdan maraqlıdır.
Sports.az xəbər verir ki, buna rəğmən, Kataloniya klubu “qolçu vikinq”in satın alınması ilə bağlı məsələdə tələskənlik etməyəcək.
Vurğulanır ki, müvafiq keçid ən azı 200 milyon avro məbləğində ödəniş tələb edir.
“Barselona”nın prezidenti Joan Laporta isə ixtiyari hücumçu müqabilində 100 milyon avro məbləğində ödənişə belə, razı deyil. Belə bir seçim olacağı halda isə, Laporta məbləği bir neçə il müddətində hissə-hissə ödəmək niyyətindədir.
Son xəbərlər





























