Avrokuboklardan gözləntilərimiz

Avrokuboklardan gözləntilərimiz

"Qarabağ" Jaly Mouaddiblə 3 illik müqavilə imzalayıb. Klub bu haqda rəsmi paylaşımında transferlərin davam edəcəyinə işarə vurub.

Ağdamlıların heyətinin bəlkə də yarısından çoxu dəyişməlidi. Bu futbolçular Çempionlar Liqasının əsas mərhələsini görüb və Azərbaycan çempionatında, Avropa Liqasında əvvəlki həvəslə çətin oynayalar.

"Qarabağ"ın ÇL-də uğurlu çıxışı klubu qitədə lap çox tanıtdı və indi keyfiyyətli legionerlərin gəlməsi böyük ehtimalla daha asan olacaq.

İstənilən halda Qurban Qurbanovun komandası ciddi şəkildə yenilənməlidi. Azarkeşlər sözsüz ki, bu mövsüm də "Qarabağ"dan hamıdan yaxşı nəticə gözləyəcək.

"Sabah"ın əla heyəti və oturuşmuş oyunu olsa da, Çempionlar Liqasında uğurlu çıxış etmək üçün komandadan bir neçə futbolçu göndərilməli, əvəzində daha güclüləri alınmalıdı. 

Eyni sözlər "Neftçi"yə də aiddi. Sadəcə, fərq odur ki, "flaqman" Konfrans Liqasında yarışacaq və bu mənada "Sabah"la müqayisədə işi bir qədər asandı. 

Azarkeşlər "Qarabağ" kimi həm "Sabah", həm də "Neftçi"ni avrokubokların əsas mərhələsində görəcəklərinə inanır.

Klubların Azərbaycan səviyyəsində də olsa yaxşı imkanları, peşəkar rəhbərliyi, indiki halda belə normal heyətləri, təcrübəli baş məşqçiləri, ən əsası büdcələri yeni avrokubok mövsümünə nikbin baxmağa ümid yaradır.

32 il sonra Avropa səhnəsinə qayıdan "Turan Tovuz"un da təcrübəli baş məşqçisi, komandanın uğuru üçün əlindən gələni əsirgəməyən sponsoru var. 

Kurban Berdıyev "Rubin"i Avropa Liqasının 1/4, "Rostov"u bu turnirin 1/8 finalına yüksəltməyi bacarıb, onun sayəsində tanınan bu komandalarla Çempionlar Liqasında səs salıb - "Barselona"nı "Kamp Nou"da, "Atletiko"nu Madriddə, Münhen "Bayern"ini Rostovda udub. 

"Turan Tovuz"un avrokuboklara vəsiqəni təmin etdiyi "Karvan Yevlax"la oyundan sonra Kurban Bekiyeviçə bu tarixi faktları xatırladıb "İndiki komandanız da Avropada uğur qazanacaq potensialdadırmı?" sualını verdim. Tovuz klubunun baş məşqçisi dolayısı ilə indiki heyətlə Avropada ciddi uğura ümid etmədiyini, amma rəhbərliklə komandanın ciddi şəkildə yenilənməsi üçün danışacağını, avrokuboklara vəsiqə qazanandan sonra daha güclü futbolçuların razılığını almağın da asan olacağını bildirdi. 

Təxminən 50 gün sonra təmsilçilərimiz Avropada mübarizəyə başlayacaq. "Turan Tovuz" isə Konfrans Liqasına 2-ci təsnifat mərhələsində start verdiyi üçün hazırlışmağa daha çox vaxt tapacaq. 

Klublarımızın bu müddətdə lazımsız futbolçuları yola salıb, yaxşı yeni transferlər edib futbol tariximizdə avrokuboklarda ən yaxşı mövsümü keçirmək imkanları var. 

Bu işdə ölkəmizin bütün təmsilçilərinə uğurlar!

Son xəbərlər
İsveç millisindən darmadağın
“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
Niderland - Yaponiya matçının ən yaxşı futbolçusu bilindi
Niderland - Yaponiya matçında məhsuldar heç-heçə
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
Almaniya millisində yeni rekordçu
Şotlandların dünya çempionatında yeni rekordçusu
“Yeddi qol vurmağımızdan çox razıyam”
Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
“Turan Tovuz” hazırlığa başladı
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Almaniya millisindən darmadağın
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər
“Çelsi” “Liverpul”un hücumçusunu imzalamaq istəyir
Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrıla bilər
Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır
“Şamaxı” növbəti transferini açıqladı
Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar
Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir
“Roma” “Milan”ın hücumçusu ilə güclənə bilər
“Tottenhem” “Liverpul”un hücumçusuna görə təklif ünvanlayacaq
Xabi Alonsonun “Çelsi”də görmək istədiyi oyunçu bəlli oldu
“Barselona” daha bir transfer hədəfi müəyyənləşdirdi
DAHA ÇOX

Ən çox oxunanlar