“İnanıram ki, rəhbərlik ən düzgün qərarı verəcək” - Ayxan Abbasov

“İnanıram ki, rəhbərlik ən düzgün qərarı verəcək” - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda "Qəbələ"yə məğlub olduqları matçdan (1:3) sonra oyun barədə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, mövsümü dəyərləndirən baş məşqçi komandasının qarşıya qoyulan hədəflərə çatdığını, gənc futbolçuların inkişaf etdiyini və rəqabətin artdığı çempionatda irəliyə doğru addım atdıqlarını bildirib:

"Çempionat bitdi. Komandama təşəkkür edirəm, həqiqətən də ağır mövsüm oldu. Əsas hədəfimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etmək idi və təhlil etsək, görərik ki, bunu bacardıq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idisə, bu mövsüm 12 komanda arasında mübarizə qat-qat sərt və gərgin keçdi. Eyni zamanda, kubokda da irəliləyə bildik. İstər gənc futbolçuların inkişafı, istərsə də keyfiyyətli legionerlərin komandaya uyğunlaşması baxımından komandamız xeyli irəlilədi. Əsas məqsədimiz də elə bu idi. Dəstəyə görə klub rəhbərliyinə, futbolçulara və məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm".

Mütəxəssis rəqibə həlledici matçda uğurlar arzulamaqla yanaşı, "Şamaxı"dan ayrıldığını da təsdiqləyib:

"Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. Ümid edirəm ki, layiqli qələbə qazanarlar. İnanıram ki, "Şamaxı" rəhbərliyi ən düzgün qərarı verərək bu işi davam etdirəcək yeni bir məşqçi ilə anlaşacaq və komanda növbəti mövsümdə bundan da yaxşı olmağa çalışacaq".
 

Son xəbərlər
Daha bir klubun 2-ci liqada iştirakına icazə verildi
“Heç bir halda arxayınlaşmaq olmaz”
“İnanıram ki, rəhbərlik ən düzgün qərarı verəcək” - Ayxan Abbasov
“Qəbələ” mövsümü qələbə ilə bitirdi - VİDEO
Sadıqova Avropa çempionatının finalına yüksəldi
Plyuşenkonun oğlu Azərbaycan millisini təmsil edəcək
“Gəncə”dən məşqçisi ilə yeni müqavilə
Liqa yarışının 2-ci turuna start verildi
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
İki futbolçuya üç oyunluq cəza
Pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşdi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
“Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
“Neftçi” Azərbaycan Kubokunun qalibi oldu
İnfantino “Sabah”ı çempionluq münasibəti ilə təbrik etdi
Seyxan Fərəcov mükafatlandırıldı
Premyer Liqada növbəti mövsümünün start tarixi müəyyənləşdi
Növbəti mövsümün transfer dönəmlərinin tarixi açıqlandı
Xabi Alonso daha bir transeferi ilə bağlı qərar verdi
Seleksiya xarakterli turnir üçün qeydiyyat başladı
Əvəzedicilərin yarışında mövsümün sonuncu təyinatları
WUF13: AFFA minifutbol meydançası istifadəyə verdi
“Bayer”in gənc ulduzu uğrunda mübarizə qızışır
AAF regionlarda avadanlıq təminatını davam etdirir
38 yaşlı Aspasla yeni müqavilə imzalandı
“Atletiko” “Mançester Siti”nin kapitanı ilə danışıqlara başladı
Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
Neymar zədələndi
Final oyununu idarə edəcək hakimlər müəyyənləşdi
Sançodan “Aston Villa”da rekord
DAHA ÇOX

Ən çox oxunanlar