Azərbaycan futbolu
WUF13: AFFA minifutbol meydançası istifadəyə verdi

21.05.2026 | 17:15
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, QOLAT Sport Service və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində “Dəniz Mall” qarşısında AFFA-ya məxsus 6x10 metr ölçüdə ikinci minifutbol meydançası qurulub.
Sports.az xəbər verir ki, mayın 22-dək fəaliyyət göstərəcək meydançada AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar saat 15:00–19:00 aralığında müxtəlif futbol fəaliyyətlərinə qoşulacaqlar.
Eyni zamanda, qonaqlar və futbolsevərlər də bu fəaliyyətlərdə iştirak edə biləcəklər.
Qeyd edək ki, əraziyə giriş sərbəstdir.
Son xəbərlər





























