“Əkinçi”dən 147 il sonra…

“Əkinçi”dən 147 il sonra…

Saytın təsisçisi və baş redaktoru olaraq Sports.az-ın bütün oxucularını salamlayır və sizə özüm haqda bir az ətraflı məlumat verməyi borc bilirəm.

1999-un fevralında - 17 yaşım tamam olmamış "Futbol+"də müsabiqədən keçib idman jurnalistikasında fəaliyyətə başladım.

Məndə bu sahəyə həvəsi Toğrul Bağırov, Altay Əliyev, Şakir Yaqubov haqq dünyasına qovuşmuş Məzahir Süleymanzadə, Elnur Əşrəfoğlu və o dövrün başqa tanınmış simaları yaratmışdı.

Qəzetdə Mahir Rüstəmli, Vüsal Mahmudov, Rövşən Sultanov, Rövşən Binnətli kimi müəllimlərdən çox şey öyrəndim və eyni zamanda, İlkin Fikrətoğlu, Elnur Məmmədli, Səbuhi Səfiyarlı, Atəş Sultanov, Vaqif Heydərli və başqa ömürlük dostlar qazandım. 
Qabil Mehdiyevin dəvətilə "İdman", Rasim İsmayılovun rəhbərliyi ilə "Hürriyyət" qəzetlərində çalışdım. 

Bir müddət bu sahədən uzaqlaşsam da dostum Aydın Bağırovun təkidi ilə geri döndüm, "525-ci qəzet"də müxtəlif mövzularda yazılarım çıxdı, bəziləri prezidentin elektron kitabxanasına daxil edildi. Amma məni ən çox sevindirən Rəşad Məcidin zaman-zaman yazılarıma yüksək qiymət verməsi idi. 

Daha sonra Mirhacib Məcid qol.az-ı yaratdı və yəqin ki, bu sahədəki 23 ildən artıq fəaliyyətim dövründə ən çox yazım da bu saytda çıxıb. 

Şəmsəddin Abbasovun dəvətilə ilə televiziya təcrübəsi də qazanmış oldum. CBC Sport-da hazırladığım "Tarix" verilişini idmansevərlər yəqin ki, izləyib. 

Bir mövsümə yaxın "Neftçi" PFK-nın mətbuat katibi oldum və ən son Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun təşəbbüsü ilə bu təşkilatın vitse-prezidenti seçildim.

Bu müddətdə bir dəfə də hansısa yazıma, fikrimə görə dövlət tərəfindən təzyiqlə üzləşməməmişəm, heç yüngülvari irad da bildirməyiblər. 

İnanıram ki, 22 iyul - Milli Mətbuat Günü, "Əkinçi"dən düz 147 il sonra, Həsən bəy Zərdabinin ruhuna dərin ehtiramla fəaliyyətə başlayan Sports.az-da da belə davam edəcək. 

Son bir ildə həyatımın ən ağır itkisini yaşamışam - Azərbaycanın bərbad səhiyyəsi atamı əlimizdən alıb. 

Həyatıma, bu sahədəki 23 ildən artıq fəaliyyətimə, Sports.az-a görə ilk təşəkkür edəcəyim adam atam idi...

Yuxarıda adını çəkdiyim hər kəsə, saytın açılmasında əməyi keçənlərə, çətin günlərimdə hər zaman yanımda olan Natiq Nəsirova, mənəvi dəstəklərini əsirgəməyən Elmir Əliyevə, İxtiyar Əsgərova, Tural Xudiyevə, Tural Dadaşova, Əlisahib Əliyevə, İlkin Vaqifoğluna, Elçin Cəlilova, Rəşad Ergünə, saytın loqosunu hazırlamış istedadlı şərhçi və dizayner, Vətən müharibəsinin qalib iştirakçısı Süleyman Vəliyevə, qəhrəman qazimiz Daşqın Əzizə, Mahal Məmmədova, Mehman Əşrəfova, üzərimdə haqqı olub bu yazıda adını unutduğum bütün dostlara, anama və ailəmə təşəkkür borcum var.

Sports.az-da ilk yazını dəyərli insan, gözəl qələm sahibi, Vətən üçün qəhrəman oğul - şəhid Ülvi Məmmədovu böyütmüş Vüqar Məmmədov yazdı. Mən Vüqarın və tanıdığım futbol azarkeşi, "qızıl oğlan" şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımovun timsalında şəhid valideynlərinin hamısının qarşısında baş əyir, Allahdan bütün şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm.

Hər günümüzə, nəfəs aldığımız hər saniyəyə görə onlara borcluyuq. 

Sports.az-ın bu qəhrəmanların canı bahasına qoyub getdiyi Azərbaycan üçün faydalı olması üçün əlimdən gələni əsirgəməyəcəm.

Tanıyanlar məni səmimi insan kimi xarakterizə edirlər. Sports.az saytında da bu səmimiyyəti hiss etdirə bilsək, nə mutlu bizə! 

Getdik…

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar