Rövnəq Abdullayevin gedişinə...

Rövnəq Abdullayevin gedişinə...

Rövnəq Abdullayevin AFFA prezidentliyinə namizədliyini verməyəcəyini açıqlamasından sonra onun futbolumuzdakı fəalliyyətinə son dəfə nəzər salmağa ehtiyac yarandı.

Abdullayevin Azərbaycan futboluna gəlişindən sonra Azərbaycan klubları "Birlik kuboku"nu qazanmağa və avrokuboklarda mərhələ keçməyə başladı. Amma fikrimcə, bunların hamısından daha dəyərlisi "Neftçi"nin ölkəmizin həssas dövründə "Pünik"i udması idi.

Sadıq Sadıqov da Rövnəq müəllimin kadrı idi. Avrokuboklarda ilk qrup mərhələsi sevincimiz onun prezidentliyi dövründə yaşandı. Özü də "Neftçi" Kiprdə APOEL-i udmaqla bu uğuru qazandı.

Abdullayevin Azərbaycan futbolunun yükünü təkbaşına çiynində daşıyan Qurban Qurbanovun bu yerlərə gəlməsində də rolu olduğu deyilir. Düzdü, sonda Elxan Məmmədov millidə onların arasını vurmağı bacardı.

Mənə görə Rövnəq Abdullayev yaxşı insan və yaxşı prezident idi. Onun əsas işi lazım olan maliyyəni ayırmaq idi ki, bunu da artıqlaması ilə edirdi. Amma Elxan Məmmədov futbol ictimaiyyəti arasında onu da hörmətdən saldı. Məmmədova hədsiz güvəni Rövnəq müəllimin ən böyük yanlışlığı idi...

Məhz buna görə o AFFA prezidenti kimi uğur qazana bilmədi, kütləvi tənqid hədəfinə çevrildi. Bu gün Azərbaycanda uşaq futbolu, böyük futbolu hamısı bərbad durumdadı. Heç bir infrastruktur yoxdu, mütəxəssis yetişdirilməyib, normal  futbolçu yetişdirilməyib və s. Heç bir maliyyə imkanı olmayan qonşu ölkələr Xviça Kvaratsxeliya kimi dünya futbolunun ulduzlarını yetişdirir, biz isə hələ uşaq futbolunda nə vaxt təbii meydança olacaq dərdi çəkirik. Ölkənin ən yaxşı uşaq futbol akademiyasının - "Bakı" FK-nın yeni tikilmiş bazası dağıdılır, yerində yaşayış kompleksi tikilir...
Sözsüz ki, sənəd üzərində futbolumuzun bütün problemlərinə cavabdeh Rövnəq Abdullayev idi. Lakin hamı bilirdi ki, Abdullayevin AFFA-da əsas işi maliyyə ayırmaqdı. Və o bunu lazımından da artıq edirdi.

Rövnəq müəllim tarixdə uğursuz AFFA prezidenti kimi qalsa da, mənə görə, "Neftçi" tarixinin ən yaxşı prezidenti olub.

Amma indi onun istirahətə ehtiyacı var. Elxan Məmmədovun inhisarına aldığı Azərbaycan futbolu isə ilk nöbbədə köhnə kadrlardan, dələduzların formalaşdırdığı şəbəkədən xilas olmalıdı. 

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar