Allahına Qurban!

Allahına Qurban!

"Qarabağ" daha bir möcüzə üçün Almaniyadadı. 

Azərbaycana Çempionlar Liqasının qrup mərhələsi sevincini yaşatmış klub indi Avropa Liqasının 1/8 final mərhələsindədi. 


Bəli, qitənin ikinci mötəbər avrokubok turnirinin 16 ən yaxşı komandasından biri Azərbaycan təmsilçi - Ağdamın "Qarabağ"ıdı. Bunu çox sakit, normal qarşılayırıq. 

"Qarabağ" futbol psixologiyamızı dəyişib. Beynəlxalq arenada qələbələrə, uğurlara alışdırıb. Artıq Qurban Qurbanovun komandasından avrokubok çempionluğu gözləyən azarkeşlərimiz var.

Reallıqdan uzaq görünsə də, bu hissləri yaradan da elə "Qarabağ"dı. Çempionumuzun bura gəlib çıxması da sadəcə fantastikadı. Sabah qitənin ən formada olan klubuna qarşı 1/4 finala yüksəlmək üçün mübarizə aparacağıq. 

Çempionumuzun məşqçilərindən biri bolqar Çudomir Çakarovun ləqəbi "Çudo"du. Yəni, möcüzə. Bolqarcadan tərcüməsi belədi. Elə ruscadan da. Bəlkə başqa dillərdən də. Möcüzə-komandanın məşqçilərindən birinin adında və ləqəbində olan bu mistik bağlantı təsadüf deyil.
"Qarabağ" Allahı sevən və Allahın sevdiyi komandadı. Bu sevginin yaratdığı inamın futbolçularımıza verdiyi güc, hər addımında işə peşəkar yanaşmaları, fədakarlıqları ilə bu yerlərə gəlib çıxmışıq. Əminəm, sabah da futbol fədailərimiz bacardığından artığını edəcək. Gerisi, Allahın işidi.



Qurban Qurbanov möhtəşəm "BayArena"da oyunöncəsi mətbuat konfransında həmişəki kimi əminlik saçır. Qurbanov psixoloq və motivator kimi də tam yetişib.

Onun şah əsəri olan "Qarabağ" Fatih Terimin UEFA kubokunu qazanmış "Qalatasaray"ını xatırladır. Çempionumuz ustalıq çatışmazlığını döyüşkənliklə, son anacan mücadilə etməklə konpensasiya edir çempionumuz. Çox istəyirəm ki, Qurban hoca Azərbaycana avrokubok qazandıranacan heç yerə getməsin.

...Nəticədən asılı olmayaraq "Qarabağ" artıq qalibdi, bir futbol komandasının mövcud imkanlarla edəcəyindən çox-çox artığını edib! Azərbaycan üçün, azərbaycanlılar üçün, futbolumuz üçün bu şəraitdə, bunu bacarmaq əsl fədakarlıqdı.

Mətbuat konfransından sonra "BayArena"nın önündə komandamızı dəstəkləmək üçün ABŞ-dan - Bostondan gəlmiş Aliki görürük. Onunla Braqada tanış olmuşduq. Adam iki həftədə ikinci dəfə okeanlar aşaraq "Qarabağ"ın matçına gəlir. Deyir "Bayer"i keçəcəyik, o biri oyuna da gələcəm. İnanır. İnanırıq!



Buna görə möcüzə-komandaya, möcüzə-baş məşqçiyə, möcüzə futbolçulara böyük təşəkkür düşür. "Qarabağ"ın səbrli, peşəkar, müdrik rəhbərliyini də unutmaq olmaz. 

İnşallah, futbol qəhrəmanlarımız sabah yenə dünya azərbaycanlılarını sevindirər!

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar