AFFA-nın yeni rəhbərliyinin əvvəlkindən fərqi

AFFA-nın yeni rəhbərliyinin əvvəlkindən fərqi

Ümid edirəm AFFA-nın yeni rəhbərliyinin ümdə vəzifəsi əvvəlkilər kimi dövlətin və beynəlxalq qurumların ayırdığı vəsaiti mənimsəmək olmayacaq. Sonra da "Bizdə heç vaxt istedadlı futbolçu çıxmayıb" tipli bəhanələr gətirməyəcəklər. 

Bu gün "Zirə" Araz Abdullayevlə müqavilə bağlayıb. Araz keçmiş AFFA rəhbərliyinin yeyintilərinə bəraət qazandırmaq üçün ortaya atdığı "Azərbaycanda istedadlı futbolçu yoxdu" fikrini darmadağın edən isimlərdəndi.

Hər halda, İngiltərə Premyer Liqası təmsilçisi elə-belə futbolçu götürməz. Arazın "Everton" karyerasının alınmamasının, ümumiyyətlə, istedadına uyğun futbolçu olmamasının əsas günahkarı da AFFA-dı.
"Qarabağ"dan örnək götürün, öyrənin! Heç kimin tanımadığı futbolçuları gətirib inkişaf etdirirlər, bir mövsüm ərzində qiymətini dəfələrlə artırırlar.

AFFA-ya ayrılan pul "Qarabağ"a verilsə, indi komanda bəlkə də avrokubok qazanmış, normal akademiya qurmuş, qitədə ən hörmətli klub modellərindən birini yaratmışdı. Amma kiçik büdcəylə də fantastik iş görməyi bacardılar. 

Maraqlıdı, niyə Qurban Qurbanovdan başqa "Qarabağ"dan heç kim AFFA-nın yeni tərkibində yoxdu? Tahir Gözəl, Emrah Çelikel, Asif Əsgərov hardadı? AFFA-nın yeni rəhbərliyində niyə təmsil olunmayacaqlar? Futbol tariximizdə onlardan daha çox uğur qazanan varmı? 

Orxan Məmmədovun sayəsində minifutbol millimiz  Avropa çempionu oldu. Milli komandalar səviyyəsində bundan böyük nailiyyət qazanmışıqmı? O hardadı?

Ehtiram Quliyev kimi vizyonlu, futbolumuzun inkişafı üçün fədakarlıq edən, doğru iş görən bir dəyər niyə AFFA-nın yeni rəhbərliyində təmsil olunmur?

Fariz Nəcəfov tək futbolumuzun yox, ölkəmizin dəyəridi. "Qəbələ" indiyəcən futbolumuzun inkişafı üçün ən böyük iş görmüş, doğru yol tutmuş yeganə klubdu. 

Qurban Qurbanov və Balakişi Qasımovdan savayı AFFA-nın yeni rəhbərliyində təmsil olunacaq şəxslərin əvvəlkilərdən hansı ciddi fərqi var?

Futbolumuzu ən azı yarım əsr geri salan keçmiş AFFA rəhbərliyindən sonra gələcək adamlara çox böyük ümid vardı. Amma adlara baxanda bu işin də sonunun yaxşı olmayacağı kimi görüntü yaranır... 

İnşallah, ilk təssürat səhv çıxar. UEFA-ya SOCAR-ın milyardlarını verib sonra "Elxan Məmmədov futbolumuzun inkişafı üçün "Avropa Çempionatının final mərhələsinin 4 oyununu, Avropa Liqasının finalını Bakıya gətirdi" tipli nağıllar danışmaqla zavallı xalqı aldatmazlar. 

Belə inkişafa...

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar