Dumandan özünə xeymə qurmuş "Qəbələ"

Dumandan özünə xeymə qurmuş

"Qəbələ" Azərbaycan futbol tarixində xüsusi iz qoymuş, bəzi ilklərə imza atmış klubdur. 
Komanda 2015/2016 mövsümündə Avropa liqasında “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos”u (Yunanıstan) mübarizədən kənarlaşdıraraq avrokuboklarda ardıcıl 4 mərhələ adlamış ilk təmsilçimiz kimi tarixə düşüb. 

Bir mövsüm sonra yenidən eyni uğuru təkrarlayıb. Bu dəfə "Samtredia" (Gürcüstan), MTK Budapeşt (Macarıstan), "Lill" (Fransa) və "Maribor" (Sloveniya) keçilib. 

"Qəbələ" iki dəfə avrokuboklarda qrupa düşüb və bu göstəricidə ölkəmizdə yalnız "Qarabağ"dan geri qalır. 

Amma bütün bunlardan daha vacibi 2009-cu ildə Azərbaycanda açılmış ilk futbol akademiyasıdı. Burda əsas komandanın oynadığı stadion daxil 6 təbii örtüklü tamölçülü, bir üstüörtülü, 3-ü tam ölçülü olmaqa 6 süni örtüklü və 1 qum meydançası var. 

Bu cür dünya standartlarına cavab verən şərait Azərbaycanda hələlik heç bir akademiyada, nəinki akademiya heç bir peşəkar klubda yoxdur.

Təəssüf ki, indi "Qəbələ" klubu çətin dövrlərini yaşayır. 

Yaxın keçmişdə Tale Heydərovun rəhbərliyi ilə Fariz Nəcəfov, Zaur Əzizov  Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Nail Kərimov, Səbuhi Qarayev, Anar Hacıyev, bir çox başqa gənc və peşəkar kadrların böyük əməyi ilə klub həm ölkədə, həm də Avropada özündən söz etdirməyi bacardı. Təkcə, "Böyük beşlik" ölkəsi Fransanın təmsilçisi "Lill" kimi ad-sanlı klubu qitə turnirində mübarizədən kənarlaşdırmaq nəyə desən dəyərdi.

Möhtəşəm təbiəti, əsrarəngiz mənzərələri ilə hamını valeh edən Qəbələdəki dağlar qədər vüqarlı klubun gələcəyi təəssüf ki, son illər dumana bürünüb.

Ötən mövsüm avrokuboklara vəsiqə həm böyük uğur, həm də klubun yaşaması üçün ciddi dəstək oldu.

Vaxtilə Qəbələdə futbol akademiyası da yetərincə məhsuldar fəaliyyət göstərirdi. Başqa rayonlardan, kəndlərdən istedadlı uşaqlar seçilirdi, onlar peşəkar inkişafları üçün hər bir şəraitin yaradıldığı akademiyanın bazasında qalırdı. Burda çox sayda istedadlı gənc futnolçular yetişdi. İllərdir əsas milli daxil bütün milli və klub komandalarımızda bu akademiyanın yetirmələrinə rast gələ bilirik. 

Təəssüf ki, maliyyə çətinliyi ucbatından artıq "Qəbələ" Futbol Akademiyası da əvvəlki gücü ilə fəaliyyət göstərə bilmir.

Maliyyə imkanlarının pisləşməsi ilə kluba medianın da diqqəti azalıb. "Fehervar"la Konfrans Liqasının cavab oyununa yollandığımız miniavtobusda cəmi 3-4 nəfər jurnalist vardı. Amma kluba hər zaman qayğıyla yanaşan Tale Heydərov həmişəki kimi çətin gündə də Qəbələyə təşrif buyurmuşdu. 

Doğrudur, jurnalistlərin laqeyd münasibətinin səbəblərindən biri həm də o idi ki, həmin gün "Neftçi" Bakıda "Aris"lə qarşılaşacaqdı və ilk oyunlardan sonra "flaqman"dan fərqli "Qəbələ"nin mərhələ keçmək ümidi möcüzələrə qalmışdı.

Qəbələlilər möcüzəni gerçəkləşdirə bilməlidilər, amma məhdud imkanlarla ən azı qalib gəlib ölkəmizə reytinq xallarını qazandırmağı bacardılar. "Qəbələ"nin ehtiyat oyunçular skamyasında meydana daxil olacaq cəmi 1 az çox təcrübəli futbolçu vardı... Oyundan sonra baş məşqçi Elmar Baxşıyev də bu məqamı xüsusi vurğuladı.

Bölgə və uşaq futbolunun inkişafı lazımdırsa, ölkədə başqa heç bir yerdə olmayan infrastruktura malik Qəbələdə futbol akademiyasının tam gücü ilə fəaliyyəti təmin edilməlidir. Akademiyadakı uşaqların baxıb örnək götürməsi üçün isə mütləq "Qəbələ"nin əsas komandası daha sanballı durumda olmalıdır.

Ümid edək ki, AFFA və AGİN rəhbərliyindəki dəyişiklər bu klub və akademiya üçün də faydalı olacaq.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar