Təmkinli Qurbanov, emosional Çerçesov...

Təmkinli Qurbanov, emosional Çerçesov...

"Qarabağ" Azərbaycan futbolu adına çox vacib matç keçirəcək. Çempionlar Liqasının qrup yolunda Macarıstan "Ferentsvaroş"u qarşımıza çıxsa da, rəqibdən daha çox baş məşqçiləri Stanislav Çerçesov gündəmdədir...

Şimal qonşumuz olduğu üçün informasiya məkanı təsiri hiss olunmaqdadır. Rusiya-2018 dünya çempionatından sonra Çerçesov məşqçi kimi populyarlıq qazanıb. Yerində oturan deyil, zamanın nəbzini tutmağı bacarır...

Futbolçu-qapıçılığı dönəmində SSRİ çempionatında "Neftçi"yə qarşı oynayıb. Futbolumuzun incəliklərinə, fəlsəfəsinə yaxşı bələddir. Özü də bilir ki, "Qarabağ"a məğlubiyyəti Rusiyada Azərbaycanı istəməyən qüvvələr bağışlamayacaq. Düşmənlərimizin media resurslarına təsiri böyükdür.

Çerçesovla ilk tanışlığımız Avstriyada olub, "Neftçi"-"Beşiktaş" hazırlıq matçına baxmağa gəlmişdi. Ünsiyyətçil, özünü təqdim etməyi bacaran biridir. Bir-iki il sonra, bu dəfə Türkiyədə görüşdük. "Terek"in ("Axmat") baş məşqçisi idi artıq...

Antalyada "Kadırov adına turnir"də "bürünc" uğrunda oyunda "Neftçi" qroznılalılarla qarşılaşdı. Çeçenistan rəhbərliyini təmsil edən vəzifəlilər də matça baxmağa gəlmişdilər. Çerçesov oyunu udacağından çox əmin idi.
Qapısında 3 cavabsız top görüb məğlub oldu.

Stanislav Çerçesovu son illər Rusiyanın Fatih Terimi də adlandırmaq olar. Çox emosionaldı və bu ruhu komandaya, futbolçulara da ötürə bilir. Məşqçi kimi ən güclü tərəfi psixoloji möhkəm olması, məğlubbiyyəti qəbul etməməsi, oyun intizamı ilə yanaşı futbolçuları hirsləndirməyi bacarmasıdır...

Belə məşqçilərə qarşı matçda yumşaq yanaşılmamalıdır. Yerli mentaliteti bildiyi üçün oyunöncəsi mətbuat konfransında ehtiyatlı davranıb, hətta "yastıq əməliyyatı" da adlandırmaq olar. Bilir ki, azərbaycanlıları qızışdırmaq olmaz. Çerçesovun başçılıq etdiyi komandalarda aqressiv oyun, mübarizə, dinamika üstünlük təşkil edir.

"Qarabağ" - "Ferentsvaroş" qarşılaşması iki baş məşqçinin meydanda taktiki, psixoloji dueli olacaq. Təmkinli Qurban Qurbanov, emosional Stanislav Çerçesov... 10 il öncə rəhmətlik Böyükağa Hacıyevin oyundan sonra gülə-gülə dediyi kimi: "Что, Стас, думал победишь нас"? (elə bilirdin udacaqsan?).

"Qarabağ" artıq Avropada böyük təcrübəyə malikdir, futbolçular meydanda nə etdiyini bilirlər. Tribunalarda möhtəşəm azarkeş dəstəyi ilə yenidən Çerçesovun öz qapısında 3 top görməsi arzusu ilə... Bu dəfə "Ferentsvaroş"la birgə...

Uğurlar, "Qarabağ"!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar