Böyakağa Hacıyevin 65 illiyinə

Böyakağa Hacıyevin 65 illiyinə

Yubiley illəri xüsusi qeyd edilir. Tale elə gətirdi ki, "Neftçi"də bir dəfə yubiley ilimiz oldu. Tarixi klubun 75 illiyində tarix yazıldı - çempionluqla yanaşı Azərbaycan futbol tarixində ilk qrup...

"Neftçi" hamımızdan böyük idi. Ağ-qara rəngləri kimi böyük klubun yubiley ili ağ rəngə bürünməliydi. Böyüyün üzünə ağ ola bilməzdik. Klubda ən yaşlımız dəyərli həkimimiz Boris Xetaqurov idi. Banişevskilərin qələbə ruhunu ondan alırdıq.

Ağsaqqal klubda özümüz cavan idik hələ. Nəvazişlə çağırdığımız baş məşqçimiz Böyük hələ 55-i haqlamamışdı. Özümüzün yaşımız daha az idi. Klubda böyük-kiçik yeri mütləq qorunurdu. Və bu, özünü tək vəzifə mərtəbələrində göstərmirdi...

Klubda tələbkarlıqla yanaşı mehribanlıq hökm sürürdü. Bunun təməlini klub prezidenti Sadıq Sadıqov qoymuşdu. Yuxarı-aşağı eyni yaşda olsaq da, il görüntü idi, ay(lar) fərqimiz var idi.
Həmişə buna həssaslıqla yanaşardı. Rəhbər/məşqçilər korpusunda Böyük yaşda hamıdan böyük idi. Ən yaşlımız isə "Neftçi"nin özü idi, öz təcrübəsi ilə bizə yol göstərirdi...

Bu gün Böyükağa Hacıyevin 65 illik yubileyidir.
Böyük bizdən böyük olsa da, həmişə sobordinasiyanı qoruyardı. Təcrübəsi, psixoloqluğu üst səviyyədə idi. Milli, qələbə ruhu, oyun planında rəhbər/məşqçi vəhdəti bölünməz idi. Bu birlikdə sünilik yox idi...

Futbolçular da bunu görürdü. Nə tələb olunduğunu əzbər bilirdilər. Futbolçuların əlavə psixoloji "yüklənmə"lərinə ehtiyac qalmırdı. Heç kim "Neftçi" adına qurulmuş, kluba qulluq edən  sistemdən kənara çıxa bilməzdi.

Böyükağa müəllim çox zaraftçıl idi. Bir dəfə Antalya təlim-məşq toplanışında, "Mənim təcrübəmə güvənin, bunlar (rəhbərliyi nəzərdə tuturdu) komanda üçün hər şey edirlər, səmimi mühit yaradılıb, amma bilin, nəticə olmasa, bir saniyəyə dönürlər, dostluq, münasibət keçmir. Ehtiyatlı olun"!

Belə zarafatlı yanaşmanın özündə bir nəsihət, komandanın tonusda saxlanılması, məsuliyyət, arxayınlaşmamaq, qazanılan nəticələrə baxmayaraq, futbolçuların hər oyuna daha əzmlə hazırlaşması dururdu. Təbii, sözündə adı kimi böyük həqiqət də var idi...

Daxili qovşaqla zəng edib deyəndə ki, "çayın var", bilirdim, ya komanda adına ciddi söhbətimiz olacaq, ya da xoş əhvalı ilə darıxıb, tarixdən, keçmişdən, gələcəkdən söhbət açacaq. Müsbət aurası ilə problemləri yaxına buraxmazdı... 

Özünün də dediyi kimi: "Özüm ölüm, gülə-gülə gedib Milanda "doqquzluğa" qol vururuq"...
Və ya, "O Moratti var a, bilsə ki, mənə nə qədər maaş verirsiz, infarkt vurar onu". Ən sevimli, deyilənlərə inanmaq istədiyi söz, "De, sən öl" idi. Onda inanırdı. Çünki, özü həyatda, meydanda mübariz olsa da, heç kimin ölməsini arzulamazdı, istəməzdi...

Hamının mənəvi yükünü öz üzərinə götürüb özü getdi. Yaradanın işinə qarışmaq olmaz, qismət, tez ayrıldı. "Neftçi"nin yaşının üstünə yaş gəldikcə, Böyük də böyüyür, yaşlaşır, artıq ağsaqqal yaşındadır. Ruhu həmişə cavan -  ağsaqqal!

Ruhun şad olsun, Böyük!

65-illik yubileyin mübarək!

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar